IMG-LOGO

Yaraqlılar Rakkanı atəşə tutub, ölənlər və yaralılar var

18 Jan 2026 19:20 2 baxış
IMG

"Suriya Demokratik Qüvvələri"nə məxsus yaraqlılarının Suriyanın şimal-şərqindəki Rakka şəhərini atəşə tutması nəticəsində azı iki nəfər həlak olub, 10 nəfər xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Bundan əvvəl Suriya ordusunun öncül bölmələri Dəməşqdən 520 kilometr şimal-şərqdə, Fərat çayının sahilində yerləşən eyniadlı əyalətin paytaxtı Rəqqanın mərkəzi rayonlarına daxil olub. Qoşunlar daha əvvəl ölkənin şimal əyalətlərini birləşdirən strateji Hələb-Rəqqa-Deyr əz-Zor magistral yoluna nəzarəti ələ keçiriblər.

Xəbər lenti