IMG-LOGO

Beyin implantlarının kütləvi istehsalı başlayacaq

03 Jan 2026 06:33 3 baxış
IMG
0 0

Amerikalı milyarder İlon Maskın "Neuralink" şirkəti 2026-cı ildə düşüncə ilə idarə olunan cihazlar üçün beyin implantlarının kütləvi istehsalına başlayacaq.

Lent.az xəbər verir ki, iş adamı özü bu barədə "X" platformasında məlumat verib.

"Neuralink" 2026-cı ildə beyin-kompüter interfeysi cihazlarının genişmiqyaslı istehsalına başlayacaq və sadələşdirilmiş, demək olar ki, tam avtomatlaşdırılmış cərrahi prosedura keçəcək", - Mask yazıb.

Qeyd edək ki, Maskın şirkəti beyin implantının insanlar üzərində klinik sınaqlarına 2024-cü ildə başlayıb.

beyin implantı

Xəbər lenti