IMG-LOGO

Azərbaycan Basketbol Liqasında XIII tur başa çatıb

18 Jan 2026 19:50 3 baxış
IMG

Azərbaycan Basketbol Liqasında XIII tura yekun vurulub.

"Report" xəbər verir ki, turun son matçı NTD və "Abşeron Lions" arasında keçirilib.

Bakı İdman Sarayında baş tutan görüş "Abşeron Lions"un 100:93 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Naxçıvan" "Lənkəran"ı (106:75), "Ordu" "Sərhədçi"ni (98:82), "Neftçi" "Gəncə"ni (77:75), "Sumqayıt" "Quba"nı (94:90), "Sabah" isə "Şəki"ni 112:65 hesabı məğlub edib

Xəbər lenti