IMG-LOGO

Makron və Əl Şaraa Suriyadakı gərginliyin artmasını müzakirə ediblər

18 Jan 2026 18:19 3 baxış
IMG

Fransa Prezidenti Emmanuel Makron suriyalı həmkarı Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb.

"Report"un məlumatına görə, Makron bu barədə "X"də yazıb.

"Bu gün səhər Suriyanın Prezidenti ilə danışdım. Ona Suriyada gərginliyin artması və ölkə hakimiyyəti tərəfindən həyata keçirilən hücumların davam etməsi ilə bağlı narahatlığımızı bildirdim.

Daimi atəşkəsin təmin olunması vacibdir və ötən ilin martında əldə olunmuş razılaşmalar əsasında "Suriya Demokratik Qüvvələri"nin (SDQ) dövlətə inteqrasiyası barədə sazişə nail olunmalıdır. Söhbət Suriyanın birliyi və sabitliyindən gedir", – Fransa lideri vurğulayıb.

Xəbər lenti