IMG-LOGO

Tramp İordaniya Kralını Qəzza üzrə Sülh Şurasına qoşulmağa dəvət edib

18 Jan 2026 15:34 3 baxış
IMG

İordaniya Kralı II Abdullah ABŞ Prezidenti Donald Trampdan Qəzza sektorunun idarə edilməsi üzrə Sülh Şurasına qoşulmaq barədə rəsmi təklif alıb.

"Report" xəbər verir ki, bunu krallığın Xarici İşlər Nazirliyi bəyan edib.

Bəyanatda bildirilib ki, hazırda dəvətlə bağlı sənədlərə baxılır.

Məlumata görə, Trampın sədrliyi ilə Sülh Şurasına onun xüsusi nümayəndəsi Stiven Uitkoff, sahibkar və Amerika liderinin kürəkəni Cared Kuşner, Böyük Britaniyanın keçmiş baş naziri (1997-2007) Toni Bleyer, "Apollo Global Management" investisiya şirkətinin sahibi Mark Rouen, Dünya Bankının rəhbəri Ajay Banqa və Trampın milli təhlükəsizlik üzrə köməkçisinin müavini Robert Qabriel daxil olacaq.

Xəbər lenti