Pakistanın Karaçi şəhərində “Gul Plaza” ticarət mərkəzində yanğın davam edir, ölənlərin sayı 6 nəfərə çatıb.
Lent.az-ın xəbərinə görə, bu barədə “Geo.tv” məlumat yayıb.
Sahəsi bir futbol meydançasına bərabər olan, 1200 mağazanın yerləşdiyi ticarət mərkəzində hələ də qalanların olduğu, bu səbəbdən ölənlərin sayının artacağı gözlənilir.
Dünən gecə yerli vaxtla saat 22.15-də başlayan yanğın 15 saat keçməsinə baxmayaraq, hələ də tam söndürülməyib.
***
saat 05.21
Pakistanın Kəraçi şəhərində yerləşən “Gul Plaza” alış-veriş mərkəzində şənbə gecəsi böyük yanğın baş verib, nəticədə azı 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
Lent.az xəbər verir ki, ilkin məlumatlara görə, yanğın bir dükanda baş vermiş qısaqapanma səbəbilə başlayıb və bütün mərkəzə yayılıb.
Yanğınsöndürənlər və xilasedicilər birlikdə insanları təxliyə edərək əraziyə nəzarəti təmin edib.
Hüquq mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.
yanğın