Avstriyada dünən baş verən üç qar uçqunu nəticəsində 8 nəfər həyatını itirib.
Lent.az-ın “Alman dalğası”-na istinadən verdiyi xəbərə görə, Zaltsburq federal əyalətində Qrosarl vadisində, hündürlüyü 2150 metr olan Finstərkopf dağında baş verən uçqun nəticəsində yeddi turist qar altında qalıb.
Turistlərdən 4-ü ölüb, 2-i ağır, 1-i yüngül xəsarət alıb.
Bad-Hofqastayn bölgəsində qar uçqununda isə həyat yoldaşı ilə birlikdə dağa çıxan qadın həyatını itirib.
Ştiriya federal əyalətində, Mur vadisi ərazisində Çexiyadan olan üç xizəkçi qar uçqunu altında qalaraq ölüb, daha 4 nəfər xəsarət alıb.
Avstriya qar uçqunları