IMG-LOGO

Yunanıstanın Baş nazirinin iqamətgahında yanğın olub

20.01.2024 11:17 86 baxış
IMG

Yunanıstanın Baş nazirinin Maksim adlı sarayında yanğın olub.

“Report” xəbər verir ki, məlumatı Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, yanğın yanvarın 20-də səhər saatlarında Maksim malikanəsinin birinci mərtəbəsinə bitişik anbarda başlayıb. Yanğının söndürülməsində 24 yanğınsöndürən maşın iştirak edib. Hadisənin qarşısı alınıb.

Yanğının səbəbi araşdırılır.

Qeyd edək ki, Yunanıstanın Baş naziri Kiriakos Misotakisdir. Onun iqamətgahı paytaxt Afinada yerləşir.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti