ABŞ ordusuna məxsus pilotsuz uçuş aparatı İraqdakı Bələd aviabazasının yaxınlığında qəzaya uğrayıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, insident yerli vaxtla saat 19:20 radələrində aviabazanın yaxınlığında baş verib.
Dron İraq hüquq-mühafizə orqanları tərəfindən götürülüb.
Ölən və yaralananlar barədə məlumat verilmir.
Pentaqon faktla bağlı araşdırma aparıldığını açıqlayıb.
Bizim WhatsApp kanalımıza abunə olun