IMG-LOGO

Trampdan Xameneiyə sərt ifadələr: Bu adam xəstədir

17 Jan 2026 23:59 3 baxış
IMG
0 0

“İranda yeni rəhbərlik axtarmağın vaxtıdır və Ayətullah Əli Xameneinin 37 illik hakimiyyətinə son qoyulmalıdır”.

Lent.az xəbər verir ki, bunu “Politico”ya açıqlaması zamanı ABŞ prezidenti Donald Tramp deyib.

Son üç həftədə ölkə üzrə minlərlə etirazçının öldürüldüyünü deyən Tramp, buna görə də ölkə rəhbərliyini hərbi müdaxilə ilə hədələdiyini xatırladıb. O, əvvəlcə iranlıları etirazları davam etdirməyə çağırsa da, daha sonra qətllərin dayandırıldığı barədə məlumat aldığını bildirib.

Tramp, İranın ali lideri Əli Xameneinin 800-dən çox insanın edam edilməməsi ilə bağlı verdiyi qərarı “ən yaxşı qərar” adlandırıb.

Tramp onu da bildirib ki, rəsmi Tehran ölkəni zorakılıq və repressiya ilə idarə edir, ölkəni məhv edir və minlərlə insanın öldürülməsinə səbəb olur. O vurğulayıb ki, liderlik qorxu və ölümlə yox, hörmətlə olmalıdır.

“Bu adam xəstədir. O ölkəsini düzgün idarə etməli və insanları öldürməyi dayandırmalıdır. Onun ölkəsi insanların yaşaması üçün dünyanın ən pis yeridir. Çünki liderlik zəifdir”, - Tramp əlavə edib.

Tramp Xamenei

Xəbər lenti