IMG-LOGO

Nasistlər Rusiyada 800-dən çox ruhi xəstəni aclıqdan öldürüblər - FTX sənədləri AÇDI

17 Jan 2026 18:58 2 baxış
IMG
3 0

1941-ci ilin noyabrında Rusiyanın Leninqrad vilayəti yaxınlığında nasistlər tərəfindən 800-dən çox ruhi xəstə öldürülüb. Bu, məxfiliyi ləğv edilmiş sənədlərdən məlum olur. Məlumatı Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Federal Təhlükəsizlik Xidmətinin İdarəsi yayıb.

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, sənədlərdə qeyd olunur ki, alman qoşunları Kaşçenko adına xəstəxananı ələ keçirərək xəstələr üçün antisanitar şərait yaradıb, onları ac saxlayıblar. Daha sonra isə ruhi xəstələri zəhərləmək qərarına gəliblər. Onların ölümü üç saat ərzində baş verib.

Məhkəmə xəstəxanada işləyən iki tibb bacısını islah-əmək düşərgələrində 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. İş üzrə digər bütün şəxslərə isə güllələnmə cəzası təyin olunub. Bu da materialda göstərilir.

FTX sentyabr ayında Donbasda nasistlərin törətdiyi cinayətlərə dair sənədlərin məxfiliyini ləğv edib. Bu sənədlər 1941–1943-cü illərdə işğal dövrünə aid müxtəlif mövzuları əhatə edir. Sənədlərdə həmin ərazidə hansı konslagerlərin yerləşdiyi barədə məlumatlar, həmçinin dəfn yerlərinin fotoları yer alıb.

Hadisələr məxfi sənədlər nasistlər

Xəbər lenti