Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron yaxın aylarda Çinin paytaxtı Pekinə səfər etməyi planlaşdırır.
“Report” “The Times”a istinadən xəbər verir ki, bu barədə hökumətdəki mənbələr bildirib.
Onların məlumatına görə, bəzi beynəlxalq məsələlərdə ölkələr arasında fikir ayrılıqlarına baxmayaraq, Kemeron Çin rəhbərliyi ilə dialoqdan vaz keçmək fikrində deyil.
“Xarici işlər nazirinin işi bizim rəqibimiz hesab edə biləcəyimiz insanlarla qarşılıqlı əlaqədən ibarətdir”, – mənbə nəşrə bildirib.
Xatırladaq ki, ötən ilin avqustunda krallığın ovaxtkı xarici işlər naziri Ceyms Kleverli son beş ildə Çinə səfər etmiş ilk XİN başçısı olub. Səfər zamanı Kleverli çinli həmkarı Van İ və Çin Xalq Respublikasının sədr müavini Han Çjen ilə görüşlər keçirib.
Bizim Telegram kanalımıza abunə olun