IMG-LOGO

İranda din xadimi kütləvi edamlara çağırdı, Trampı hədələdi

17 Jan 2026 12:41 4 baxış
IMG
3 0

İranın paytaxtı Tehranda artıq bir neçə gündür ki, heç bir etiraz əlaməti müşahidə olunmur. Halbuki internetin bir həftəlik kəsilməsi davam edib, ticarət və küçə həyatı isə zahirən normal vəziyyətə qayıdıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, qanlı repressiyalarla nəticələnən etiraz dalğasından sonra İranda narahatedici bir sakitlik yaranıb. Lakin din xadimləri artıq edamlara çağırış etməyə başlayırlar.

Qeyd olunur ki, sərt xətti dəstəkləyən, adı açıqlanmayan yüksək rütbəli bir din xadimi cümə namazı zamanı saxlanılan nümayişçilər üçün ölüm cəzasına çağırıb və birbaşa ABŞ prezidenti Donald Trampa hədə-qorxu gəlib. Bu isə İslam Respublikasının hakimiyyətini bürüyən qəzəbin göstəricisi sayılır.

Bu arada, Tehranın aqressiv bəyanatlarına baxmayaraq, Donald Tramp gözlənilmədən daha yumşaq mövqe seçib. O, İran rəhbərliyinə yüzlərlə saxlanılmış fəalın edam edilməsindən hələlik çəkindiklərinə görə təşəkkür edib.

Analitiklər bunu Vaşinqtonun hərbi zərbə ideyasından imtina edə biləcəyinə işarə kimi qiymətləndirirlər. Hazırda Ağ Ev üçün əsas “qırmızı xətlər” dinc etirazçıların kütləvi şəkildə öldürülməsi və nümayiş iştirakçıları barədə ölüm hökmlərinin rəsmi şəkildə icra olunması olaraq qalır.

İranda etirazlar

Xəbər lenti