Alman avtomobil istehsalçısı "Porsche"nin 2025-ci ildəki satışları təxminən 10% azalıb ki, bu da son 16 ilin ən kəskin azalmasıdır.
Lent.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Məlumata görə, şirkət 2025-ci ildə 279 400 avtomobil satıb, halbuki bu rəqəm 2024-cü ildə 310 700 olub.
Azalmanın səbəblərindən biri şirkətin ən çox satılan 718 və "Macan" modellərinin tədarükünün az olmasıdır. Belə ki, hər iki modelin benzin versiyalarının satışı Avropa kibertəhlükəsizlik qaydalarına uyğun gəlməməsi səbəbindən dayandırılıb.
porşe Porsche