Pakistanın yüksək səviyyəli hərbi və hökumət rəsmiləri İranla gərginliyin artması ilə əlaqədar milli təhlükəsizlik komitəsinin iclasını keçirəcək.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Pakistanın “Dawn” xəbər portalı məlumat yayıb.
Qeyd edilib ki, komitənin iclasına müvəqqəti hökumətin Baş naziri Ənvər-ul-Xak Kakar sədrlik edəcək.
Bildirilib ki, iclasda Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və ölkənin kəşfiyyat xidmətlərinin rəhbərləri iştirak edəcəklər.
Xatırladaq ki, İranla gərginliyin artması səbəbindən Pakistanın müvəqqəti hökumətinin rəhbəri Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakını yarımçıq qoyub.
Bizim WhatsApp kanalımıza abunə olun