NATO Baş katibi Mark Rütte yanvarın 19-da Brüsseldə qurumun Baş Qərargahında Danimarkanın müdafiə naziri Troels Lund Poulsen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motsfeld ilə görüşəcək.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə blokun mətbuat xidməti məlumat yayıb.
"Bazar ertəsi, yanvarın 19-da Baş katib Mark Rütte Brüsseldə NATO-nun Baş Qərargahında Danimarkanın müdafiə naziri Troels Lund Poulsen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motsfeld ilə görüşəcək. Mətbua ilə təmaslar nəzərdə tutulmayıb", - mətbuat xidməti görüşün mövzularını açıqlamadan bildirib.
Daha əvvəl M.Rütte növbəti həftə Qrenlandiyanın təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı NATO çərçivəsində bir sıra məsləhətləşmələr keçiriləcəyini elan edib.
Onun fikrincə, bu, ABŞ-ni inandırmalıdır ki, NATO Qrenlandiyanı yaxşı müdafiə edir və buna görə də onu ilhaq etməyə ehtiyac yoxdur, sadəcə alyansın ərazisi kimi istifadə etmək olar.