IMG-LOGO

Qatlanan “iPhone”u gözləyənlərə pis xəbər: Satışa məhdud sayda çıxacaq

09 Jul 2026 05:21 3 baxış
IMG
0 0

“Apple”ın sentyabrda təqdim edilməsi gözlənilən ilk qatlanan smartfonu “iPhone Ultra” istehsal çətinlikləri səbəbilə bazara məhdud sayda buraxılacaq.

Lent.az xəbər verir ki, bu səbəblə cihazın ön sifarişləri “iPhone 18 Pro” seriyasından daha gec başlayacaq, satışların isə yalnız 2026-cı ilin son rübündə start götürəcəyi gözlənilir.

Mütəxəssislərin fikrincə, məhdud istehsal səbəbilə telefon satışa çıxan kimi tükənə və ikinci bazarda qiyməti kəskin bahalaşa bilər.

İddialara görə, “iPhone Ultra” 7,76 düymlük qatlanan ekran, A20 Pro prosessoru, 12 GB RAM və 5500 mAh batareya ilə təchiz olunacaq.

Apple iPhone

Mənbə: lent.az

Xəbər lenti