IMG-LOGO

"Azərbaycan Sülh sazişinin yekunlaşdırılması ilə bağlı üzərinə düşən işləri yekunlaşdırıb" - Nazir

09 Jul 2026 09:55 5 baxış
IMG
2 0

"Azərbaycan tərəfi Sülh sazişinin yekunlaşdırılması ilə bağlı üzərinə düşən işləri yekunlaşdırıb".

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Azərbaycan və Ermənistan arasında Vaşinqton Sammiti çərçivəsində birgə bəyanat imzaladılar: “Sülh sazişinin mətni artıq paraflanıb, mətn ictimaiyyətə açıqdır. Azərbaycan tərəfinin bununla bağlı yanaşması prinsipialdır. Dövlətin rəsmi mövqeyini Prezident İlham Əliyev bildirib. Bizim gözləntimiz Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Bundan sonra Sülh sazişi imzalana bilər”. /APA

Sülh sazişi Ceyhun Bayramov

Mənbə: lent.az

Xəbər lenti