Terror təşkilatı YPG/SDQ-nin ("Suriya Demokratik Qüvvələri") nəzarətində olan bölgələrdən təhlükəsiz ərazilərə köçən mülki şəxslərin sayı 27 min 450-yə çatıb.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, bunu Suriyanın Hələb vilayətinin valisi Əzzam Əl-Qərib sosial şəbəkə hesabında açıqlayıb.
"Dövlətin nəzarəti altında olmayan şərq bölgələrinə gedən sakinlər haqqında dəqiq məlumat olmasa da, əsas köç Hələbin təhlükəsiz ərazilərinə istiqamətlənib", - vali bildirib.