IMG-LOGO

Azərbaycan Yüksək Liqasında növbəti oyunlar baş tutub

16 Jan 2026 19:05 4 baxış
IMG

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar baş tutub.

"Report"un məlumatına görə, kişilərin yarışında VIII turdan təxirə salınmış matç keçirilib.

Fövqəladə Hallar Nazirliyinin idman zalında reallaşan görüşdə "Azerreyl" "Xilasedici"ni 3:0 (29:27, 25:22, 25:22) hesabı ilə məğlub edib.

Qadınların mübarizəsində isə IX turun iki görüşü təşkil olunub. "Turan" "Murov Az Terminal"ı 3:0 (25:18, 25:14, 25:19), "DH Volley" kollektivi isə "Milli Aviasiya Akademiyası"nı 3:0 (25:23, 25:17, 25:21) hesabı ilə üstələyib.

İlk qarşılaşma "Murov Az Terminal"ın, ikinci matç isə "Milli Aviasiya Akademiyası"ının idman zalında gerçəkləşib.

Xəbər lenti