2022-ci ilin martından Kanadaya 210 mindən çox ukraynalı qaçqın gəlib və ən azı daha 90 min nəfərin gəlməsi gözlənilir.
“Report” xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Ümumilikdə, Kanada hakimiyyəti 2024-cü il martın 31-də başa çatacaq xüsusi proqram çərçivəsində ukraynalılara 936 mindən çox viza verib.
28 noyabr 2023-cü il tarixinə Ukraynanın 210 mindən bir qədər çox sakini ondan istifadə edib. Kanada Miqrasiya Xidmətinin apardığı sorğuya görə, martın sonuna qədər 90 mindən daha çox ukraynalı Kanadaya gələ bilər.
Xüsusilə xüsusi vizanın olması ukraynalılara Kanadada müddəti bitməmiş imtiyazlar almağa imkan verir.
Bizim Telegram kanalımıza abunə olun