Venesuelanın müxalifət lideri və Nobel sülh mükafatı laureatı Mariya Korina Maçado mükafatını ABŞ Prezidenti Donald Trampa verdiyini açıqlayıb.
"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, Maçado ABŞ-də Kapitoli qarşısında jurnalistlərə Nobel sülh mükafatı medalını Donald Trampa təqdim etdiyini bildirib.
"Bolivar xalqı Vaşinqtonun varisinə, azadlığımıza göstərdiyi misilsiz sədaqətinin tanınması üçün Nobel sülh mükafatı medalını qaytarır", - Venesuela müxalifətinin lideri bildirib.