IMG-LOGO

Vaşinqton məhkəməsi Trampı praymerizdən kənarlaşdırmaqdan imtina edib

19.01.2024 06:51 52 baxış
IMG

Vaşinqton ştatının məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı qarşıdan gələn seçkilərdə Respublikaçılar Partiyasının namizədinin müəyyən edilməsi prosedurundan kənarlaşdırmaqdan imtina edib.

“Report”un məlumatına görə, bunu Trampın seçki kampaniyasının sözçüsü Stiven Çunq deyib.

“Vaşinqtonun qərarı ondan çox federal məhkəmələrdə, eləcə də Miçiqan, Minnesota və Oreqon ştatlarının məhkəmələrində oxşar qərarları əks etdirir”, - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Donald Tramp Ayova ştatında ilkin seçkidə 51 faiz səs toplayıb. Belə ki, ABŞ-ın BMT-dəki sabiq daimi nümayəndəsi Nikki Heyli Ayova ştatının dairələrinin birində ilk yeri tutub, digər 98 dairədə isə ABŞ-ın sabiq prezidenti Donald Tramp liderlik edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti