IMG-LOGO

KİV: İsrailin Qəzzaya zərbələri nəticəsində HƏMAS-ın komandiri öldürülüb

16 Jan 2026 00:19 3 baxış
IMG

İsrail Ordusunun Qəzza zolağının mərkəzindəki Deyr əl-Bəlah şəhərinə iki hava hücumu nəticəsində HƏMAS-ın silahlı qanadının yüksək rütbəli üzvü də daxil olmaqla yeddi nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Al Arabiya" hərəkat daxilindəki mənbəyə istinadən bildirib.

Mənbənin məlumatına görə, ölənlərdən biri qrupun Deyr əl-Bəlahdakı silahlı qanadının yerli komandiri Məhəmməd əl-Xoli olub.

Tibbi ekspertlərin məlumatına görə, ölən digər altı nəfər arasında 16 yaşlı oğlan da var.

İsrail hərbçiləri və HƏMAS hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Xəbər lenti