IMG-LOGO

ABŞ və Danimarka Qrenlandiya ilə bağlı hər iki-üç həftədən bir görüşəcək

16 Jan 2026 00:49 3 baxış
IMG

ABŞ və Danimarkanın Qrenlandiya üzrə birgə İşçi Qrupunun iclasları hər iki-üç həftədən bir keçiriləcək.

"Report"un məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt ənənəvi brifinqdə açıqlayıb.

Yanvarın 14-də Danimarka və Qrenlandiya xarici işlər nazirləri Lars Lökke Rasmussen və Vivian Motzfeldt Vaşinqtonda ABŞ-nin Vitse-prezidenti Jey Di Vens və ABŞ dövlət katibi Marko Rubio ilə görüşüblər.

"Yaxşı görüş idi. Həmin görüşdə tərəflər Qrenlandiyanın alınması ilə bağlı texniki danışıqları davam etdirəcək şəxslərdən ibarət işçi qrupu yaratmaq barədə razılığa gəliblər. Mənə məlumat verilib ki, bu danışıqlar hər iki-üç həftədən bir keçiriləcək. Beləliklə, administrasiya danimarkalılar və Qrenlandiyadan olan hörmətli nümayəndə heyəti ilə danışıqları davam etdirmək niyyətindədir", - o bildirib.

"Lakin Prezident öz prioritetlərini aydın şəkildə bildirib. O, ABŞ-nin Qrenlandiyanı almasını istəyir. O, bunun bizim milli təhlükəsizlik maraqlarımıza uyğun olduğuna inanır", - Livitt əlavə edib.

Xəbər lenti