“Qəzza zolağında əməliyyat başa çatdıqdan sonra Fələstin dövlətinin yaradılmasını mümkün hesab etmirəm və bu mövqeyimi ABŞ-a izah etmişəm”.
“Report” xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu mətbuat konfransında bildirib.
“İstənilən gələcək razılaşmaya görə, İsrail İordan çayının qərbindəki bütün ərazilərə təhlükəsizlik nəzarətinin olmasını istəyir. Bu, suverenlik ideyasına ziddir. Bəs biz nə edə bilərik? Baş nazirin dostlarımıza yox deyə bilməsi lazımdır”, - deyə o, vurğulayıb.
Netanyahu belə bir siyasətin İsrailin ərəb dövlətləri ilə münasibətləri yaxşılaşdırmaqda davam etməsinə mane olmayacağını qeyd edib.
Bizim WhatsApp kanalımıza abunə olun