“Ötən ilin oktyabrından bəri ABŞ-ın Suriya və İraqdakı hərbi obyektləri təxminən 140 dəfə hücuma məruz qalıb”.
“Report” xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqh jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
“İndiyədək İraq və Suriyada ABŞ əsgərlərinə 140-a yaxın hücum edilib: İraqda 57, Suriyada isə 83 hücum olub”, - deyə o, vurğulayıb.
Bizim WhatsApp kanalımıza abunə olun