IMG-LOGO

İsrailin müdafiə naziri Livanla müharibə ehtimalını dəyərləndirib

19.01.2024 00:33 55 baxış
IMG

İsrail Livanla sərhəddə vəziyyətin ciddi şəkildə destabilləşdirilməsi ehtimalını nəzərə almalıdır.

“Report” xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant bildirib.

Onun sözlərinə görə, İsrail şimalda təhlükəsizlik vəziyyətinin pisləşməsi ehtimalını nəzərdən keçirməlidir: “Bu baş verərsə, “Hizbullah” və Livan ciddi itkilərlə üzləşəcək”.

O qeyd edib ki, İsrail diplomatik yollarla 80 min köçkünün ölkənin şimalına qaytarılmasını istəyir:

“Lakin bu variant işə yaramasa, israillilər insanların geri qayıtmasına imkan verəcək təhlükəsizlik şəraiti yaratmalı olacaqlar”.

Nazir həmçinin bildirib ki, HƏMAS qruplaşması zəifləyir, onun maddi resursları, insan ehtiyatları yoxdur və vəziyyətə nəzarət etmir.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti