ABŞ Konqresinin Senatı ölkənin federal hökumətinin bəzi strukturlarının maliyyələşdirilməsinin martın 1-dək, digərlərinin isə martın 8-dək uzadılması təşəbbüsünü təsdiqləyib.
“Report” xəbər verir ki, yanvarın 18-də Nümayəndələr Palatasının bu layihəni təsdiqləyəcəyi, bundan sonra sənədin ABŞ prezidenti Co Bayden tərəfindən imzalanacağı gözlənilir.
Təşəbbüs yanvarın 19-dan əvvəl, bəzi dövlət proqramları və departamentlərinin, o cümlədən kənd təsərrüfatı, energetika, hərbi tikinti, nəqliyyat və mənzil-tikinti sahələri ilə məşğul olanların işinin davamlı maliyyələşdirilməsi haqqında qanunun müddəti bitənə qədər təsdiqlənməlidir.
Bizim WhatsApp kanalımıza abunə olun