Almaniya “Gepard” özüyeriyən zenit qurğusunu əvəz etmək üçün təxminən 1,3 milyard avro dəyərində olan qısa mənzilli hava hücumundan müdafiə sisteminin yaradılmasını sifariş edəcək.
“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, Bundestaqın Büdcə Komitəsi qiymətlərin 5 dəfə artırılmasına, Hesablama Palatasının tənqidinə məruz qalmasına baxmayaraq, tərkibinə “Rheinmetall”, “Diehl” və “Hensoldt” şirkətlərinin daxil olduğu konsorsiumla razılaşmanı təsdiqləyib. Şirkətlərin əsas vəzifəsi 3 km mənzilli hava hücumundan müdafiə sistemi hazırlamaq olacaq. İkinci vəzifə sistemin rəsmi Berlinin artıq “Diehl” şirkətinə sifariş etdiyi “IRIS-T SLM” orta mənzilli hava hücumundan müdafiə sistemlərinə qoşulmasını təmin etmək olacaq.
“Hensoldt” 2026 və ya 2027-ci ilə qədər hazır olacağı gözlənilən sistem üçün radarları tədarük edəcək.
Xatırladaq ki, yaxın keçmişdə Almaniya əsasən 3 km-ə qədər mənzil olan “Gepard” özüyeriyən zenit qurğusuna etibar edirdi. Amma rəsmi Berlin pula qənaət etmək üçün 2010-cu ildə “Gepard”ı arsenaldan çıxarıb.
Bizim Telegram kanalımıza abunə olun