BMT-nin Baş katibi Antoniu Quterreş İran və Pakistanı vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün təmkinli olmağa çağırıb.
“Report” xəbər verir ki, bu barədə dünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir.
“Baş katib İran və Pakistan arasında son hücumlarından son dərəcə narahatdır. O, hər iki ölkəni vəziyyəti daha da gərginləşməmək üçün maksimum təmkinli olmağa çağırır.
Quterreş əmindir ki, İran və Pakistan arasında bütün təhlükəsizlik problemləri dinc yolla, dialoq və əməkdaşlıq yolu ilə həll edilməlidir”, - bəyanatda vurğulanıb.
Bizim WhatsApp kanalımıza abunə olun