IMG-LOGO

Məşhur müğənni iti ilə evləndi - "Toy" FOTOLARI

15 Jan 2026 14:55 2 baxış
IMG
0 0

“Rilo Kiley” qrupunun frontvumeni Cenni Lyuis 50 illiyini olduqca qeyri-adi şəkildə qeyd edib: o, Bobbi Rubarb adlı kokapu cinsli iti ilə “evlənib”.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mərasim qrupun dostları və həmkarlarının iştirak etdiyi dar çevrədə keçirilib.

“50 illiyimdə itimlə evləndim”, - Lyuis X platformasında yazıb.

Paylaşıma dörd polaroid foto əlavə edib: müğənni gəlinlik paltarında, Bobbi qayışda və iki ədəd göyqurşağı rənglərində tort.

Bobbi ilk dəfə deyil ki, diqqət mərkəzinə düşür: Cenni daha əvvəl ona “Puppy and a Truck” (2021) adlı mahnı həsr etmişdi. Bu mahnı 2023-cü ildə onun Joy’All adlı solo albomunda yenidən buraxılıb.

Müğənni bildirib ki, it ona çətin bir dövrü geridə qoymağa kömək edib. “Mənim uşaqlarım yoxdur, amma bu it məni bir çox mənada dəyişdi - kiminsə həyatı üçün məsuliyyət daşımaq və özündən başqa birinə qayğı göstərmək mənim üçün böyük dərs oldu”.

Lyuis heç vaxt rəsmi olaraq evli olmasa da, o, Rilo Kiley qrupunu birlikdə yaratdığı Bleyk Sennett ilə uzun müddətli münasibətdə olub. Cütlük təxminən 2002-ci ildə ayrılıb, qrup isə 2011-ci ildə dağılıb. Daha sonra isə keçən ilin mayında tur üçün yenidən bir araya gəliblər.

“Bir ağ canavar arzulayırdım, amma mənə kokapu qismət oldu”, - Lyuis gülümsəyərək etiraf edib.

Cenni Lyuis ilə evlənən müğənni

Xəbər lenti