IMG-LOGO

Yaponiya parlamentinin aşağı palatası buraxılıb

23 Jan 2026 08:57 96 baxış
IMG

Yaponiyanın Baş naziri Sanae Takaiçi Nümayəndələr Palatasının (Yaponiya parlamentinin aşağı palatası) buraxılması barədə qərar qəbul edib.

"Report"un "Kyodo" agentliyinə istinadən məlumatına görə, hökumətin müvafiq qərarını palatanın spikeri Fukuşiro Nukaqa səsləndirib.

Qeyd edək ki, Takaiçi bazar ertəsi parlamentin aşağı palatasını buraxmaq planlarını açıqlamışdı. O həmçinin ümumi seçkilərin 8 fevralda keçiriləcəyini elan edib.

"Kyodo"nun vurğuladığına görə, bu, son 60 ildə yeni sessiyanın əvvəlində baş verən ilk belə hadisədir.

Mənbə: report.az

Xəbər lenti