IMG-LOGO

Trampın kürəkəni və xüsusi elçisinin Rusiyaya səfər edəcəkləri təsdiqlənib

15 Jan 2026 15:03 2 baxış
IMG

Rusiya Rusiya–Ukrayna nizamlanması üzrə amerikalı nümayəndələr - ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffu və kürəkəni Cared Kuşneri yeni səfərlə qəbul ediləcəyinə ümid edir.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

Onun sözlərinə görə, ABŞ tərəfi ilə qarşılıqlı əlaqə kanalları fəaliyyətini davam etdirir.

"ABŞ nümayəndələrlə ünsiyyət üzrə mövcud kanallar fəaliyyətini davam etdirir. Tarixlər razılaşdırılanda belə bir səfərin baş tutacağına ümid edirik ki ", - deyə o bildirib.

Xəbər lenti