IMG-LOGO

Dünyada neçə heyvan növü var?

15 Jan 2026 12:21 4 baxış
IMG
0 0

Bu zaman bütün quru növlərinin 86 faizi və bütün dəniz növlərinin 91 faizi hələ də kəşf edilməyib. Növlərin əksəriyyəti hələ də kəşf olunmayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, dünyanın müxtəlif yerlərində mövcud olan heyvan növləri daim dəyişir: demək olar ki, hər gün yeni növlər aşkar olunur, digər tərəfdən isə bəzi növlər, təəssüf ki, yoxa çıxır. 

Dünyada neçə heyvan növü mövcuddur?

Dünyada təsvir edilmiş növlərin ehtimal olunan sayı 2,16 milyon, ümumi növlərin sayı isə 8,7 milyon təşkil edir.

Eyni zamanda, planetimizdə mövcud olan 2,16 milyon təsvir edilmiş növün ən böyük hissəsi onurğasızlara aiddir. Bu, bütün növlərin 68,7 faizi və ya 1,48 milyon növ deməkdir.

Qiymətləndirmələrə görə, həşərat növlərinin sayı 1,053 milyon təşkil edir. Həmçinin Yer üzündə rəsmi olaraq 6736-dan çox məməli növü, 12 263 sürünən növü, 8799 amfibiya növü və 336 mindən çox tanınmış balıq növü müəyyən edilib.

Dünyada 11 195-dən çox canlı quş növü mövcuddur. Eyni zamanda, PLOS Biology jurnalında dərc olunmuş tədqiqata əsasən, bütün quru növlərinin 86 faizi və bütün dəniz növlərinin 91 faizi hələ də kəşf edilməyib.

Yer üzündə ən çox yayılan heyvan növləri hansılardır

34 000 balıq növü mövcud olsa da, Yer üzündə 1 000 000-dan çox həşərat növü var.

Balıqların ümumi populyasiyası 3,5 trilyon olduğu halda, Yer üzündə 10 trilyard həşərat mövcuddur.

Dünyada ən geniş yayılmış heyvan qarışqadır. Qiymətləndirmələrə görə, qarışqaların populyasiyası təxminən 10 kvadrilyon (10 000 000 000 000 000) fərd təşkil edir ki, bu da onları inanılmaz dərəcədə çoxsaylı edir və demək olar ki, Yer üzündəki bütün quru yaşayış mühitlərində rast gəlinməsinə səbəb olur.

Yer üzündə insanlardan daha çox heyvan varmı?

Sizi təəccübləndirə biləcək faktlardan biri də budur ki, Yer üzündə insanların (8,1 milyard) sayından 4 dəfə çox toyuq (26,56 milyard) var. Eyni zamanda, dünyada iri buynuzlu mal-qaranın ümumi sayı 1,47 milyard, qoyunların sayı isə 1,1 milyarddır ki, bu da insanların sayından azdır.  

 

Heyvanlar Dünyada neçə heyvan növü var

Xəbər lenti