IMG-LOGO

KİV: Tramp İranla bağlı sürətli və qətiyyətli addımların atılmasını tələb edib

15 Jan 2026 11:33 3 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik komandasına bildirib ki, İrana qarşı istənilən mümkün hərbi əməliyyatlar "sürətli və qətiyyətli" olmalıdır.

"Report" xəbər verir ki, bu barədə "NBC News" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Ağ Evin rəhbəri həftələr və ya aylarla davam edə biləcək uzunmüddətli münaqişə istəmir.

Mənbələr qeyd edir ki, Pentaqon ABŞ-nin İrandakı vəziyyətə hərbi müdaxiləsi üçün bir neçə variant hazırlayıb. Lakin Donald Trampın müşavirləri ABŞ-nin hücumundan sonra İranda hakimiyyətin sürətlə çökəcəyinə hələ zəmanət verə bilməyiblər. ABŞ administrasiyası İranın mümkün cavabından qorunmaq üçün Vaşinqtonun regionda kifayət qədər resursunun olmamasından ehtiyatlanır.

ABŞ rəsmisinin sözlərinə görə, Prezident İranda daha məhdud hərbi əməliyyatla bağlı qərar qəbul edə bilər.

Xəbər lenti