IMG-LOGO

Rusiya XİN Britaniyanın diplomatına qəti etiraz bildirib - YENİLƏNİB

15 Jan 2026 11:48 4 baxış
IMG

Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) yanvarın 15-də səlahiyyətli orqanlar tərəfindən Böyük Britaniya səfirliyinin diplomatik əməkdaşlarından birinin bu ölkənin xüsusi xidmət orqanlarına mənsub olması ilə bağlı əldə edilən məlumatlar səbəbilə səfirliyin müvəqqəti işlər vəkili Deyni Dolakianı XİN-ə çağırıb.

"Report"un məlumatına görə, bu barədə nazirliyin açıqlamasında qeyd edilib.

Məlumata görə, diplomata qəti etiraz bildirilib.

"Deyni Dolakiaya bildirilib ki, bu nəzərə alınaraq, həmçinin 1961-ci il diplomatik münasibətlər haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq, bu şəxsin akkreditasiyası ləğv olunur. Bu şəxs, iki həftə ərzində Rusiyanı tərk etməlidir. Moskva Rusiya ərazisində bəyan edilməmiş Britaniya xüsusi xidmət əməkdaşlarının fəaliyyətinə yol verməyəcək ", - məlumatda bildirilib.

Eyni zamanda xəbərdarlıq edilib ki, Londonun vəziyyəti gərginləşdirəcəyi təqdirdə Rusiya tərəfi qəti cavab verəcək.

11:34

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Böyük Britaniya xüsusi xidmətlərinin əməkdaşını üzə çıxarıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri FTX-nın İctimai Əlaqələr Mərkəzinə istinadən məlumat yayıb.

"Federal Təhlükəsizlik Xidməti Böyük Britaniyanın Moskvadakı səfirliyində bu ölkənin xüsusi xidmətlərinin bəyan edilməmiş əməkdaşı Devis Qaret Samyueli aşkarlayıb. O, səfirliyin inzibati-təsərrüfat şöbəsinin ikinci katibi kimi göstərilib", - məlumatda bildirilib.

Qeyd edilib ki, Samyuel akkreditasiyadan məhrum edilib və iki həftə ərzində Rusiyanı tərk etməlidir.

Xəbər lenti