IMG-LOGO

Zaqatalada qarın hündürlüyü yarım metrə çatıb - FAKTİKİ HAVA

15 Jan 2026 10:19 3 baxış
IMG

Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti davam edir, dağlıq və dağətəyi rayonlarda qar yağır.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarın 15-i saat 10:00-a olan məlumatında qeyd edilib.

Yağan qarın hündürlüyü Əlibəydə (Zaqatala) 41, Sarıbaş (Qax) və Şahbuzda 35, Kişçayda (Şəki) 26, Laçında 25, Kəlbəcərdə 23, Qrızda 22, Xaltanda 17, Lerikdə 13, Şuşada 12, Qusarda 11, Xınalıq və Xızıda 10, Şahdağ və Qubada 9, Qobustan və Qəbələdə 7, Gədəbəydə 6, Xankəndi və Oğuzda 5, Sədərəkdə 3, Xocalı və Balakəndə 1 sm-dir.

Balakən, Qax, Şəki, Qəbələ, Oğuz, Şamaxı, Quba, Qusar, Zaqatala, Qrız, Xaltan, Şahdağ, Mingəçevir, Göyçay, Lerik, Daşkəsəndə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.

Xəbər lenti