IMG-LOGO

Beynəlxalq Valyuta Fondunun rəhbəri Ukraynaya gedib

15 Jan 2026 10:54 3 baxış
IMG

Beynəlxalq Valyuta Fondunun (IMF) rəhbəri Kristalina Georgiyeva yanvarın 15-i yüksək səviyyəli danışıqlar aparmaq üçün Kiyevə gedib.

"Report"un "Reuters"ə istinadən məlumatına görə, bu barədə iki mənbə bildirib.

Onun Ukrayna Prezidenti Volodimir Zelenski, Baş nazir Yuliya Sviridenko, Milli Bankın rəhbəri Andrey Pişni, eləcə də biznes nümayəndələri ilə görüşlər keçirəcəyi gözlənilir.

Agentlik qeyd edib ki, K.Georgiyevanın səfərinin təfərrüatları təhlükəsizlik səbəbindən gizli saxlanılıb.

IMF rəhbəri sonuncu dəfə Ukraynaya 2023-cü ilin fevralında səfər edib.

Xəbər lenti