IMG-LOGO

Gömrükdən nə qədər qızıl keçirmək olar? - CAVAB

15 Jan 2026 10:28 4 baxış
IMG
1 0

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti sual sərhəddən qızıl keçirməklə bağlıdır. 

Sərhəddən gömrük rüsumu ödəmədən nə qədər qızıl keçirmək olar?

Lent.az xəbər verir ki, təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, zəruri ehtiyacların ödənilməsi üçün nəzərdən tutulan şəxsi əşyalar və ya şəxsi istifadə məqsədilə zəruri olan miqdarda dərman vasitələrinə görə gömrük ödənişləri ödənilmir.

Fiziki şəxslər hər ay ərzində bir dəfə olmaqla, gömrük ərazisinə gətirilən 20 qram qızıldan hazırlanmış zərgərlik məmulatı və 0,5 karat almazı gömrük ödənişləri ödəmədən gömrük sərhədindən keçirə bilərlər.

Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına ay ərzində ümumi gömrük dəyəri 300 ABŞ dollarından artıq olmayan malları bəyan etməklə güzəştli qaydada gömrük ərazisinə gətirə bilərsiniz.

bir sual - bir cavab qızıl gömrük sərhəd

Xəbər lenti