İordaniya Hərbi Hava Qüvvələrinin Suriya ərazisinə zərbə endirməsi nəticəsində 11 nəfər ölüb.
“Report” xəbər verir ki, məlumatı “NEWSru.co.il” yayıb.
Bildirilib ki, hadisə Suriyanın cənubunda əs-Sueyda əyalətində baş verib.
Məlumata görə, 2024-cü ilin əvvəlindən bu, İordaniya Hərbi Hava Qüvvələrinin Haşimilər Krallığına təkcə narkotik deyil, həm də silah-sursat keçirən qaçaqmalçıların mövqeyinə qarşı üçüncü zərbədir.
Bizim Telegram kanalımıza abunə olun