IMG-LOGO

"Telegraph": Böyük Britaniya diplomatlarını İrandan təxliyə edib

15 Jan 2026 07:49 3 baxış
IMG

Böyük Britaniya Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar Tehrandakı səfirini və səfirliyin konsulluq şöbəsinin bütün əməkdaşlarını təxliyə edib.

"Report" xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, diplomatların çıxarılması barədə qərar İranda təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi əsasında qəbul olunub.

Bundan əvvəl Böyük Britaniya hökumətinin nümayəndəsi "The Daily Mirror" qəzetinə bildirib ki, Britaniya hakimiyyəti Tehrandakı səfirliyi müvəqqəti bağlayıb.

"Reuters" agentliyi isə daha əvvəl mənbələrə istinadla xəbər vermişdi ki, ABŞ regionda gərginliyin artması fonunda yaxın günlər ərzində İrana zərbələr endirə bilər. Sonradan Ağ Evdə sənədlərin imzalanması mərasimində çıxış edən Tramp ona İranda qətllərin dayandırılması barədə məlumat verildiyini bildirib.

Xəbər lenti