IMG-LOGO

ABŞ və Venesuela liderləri milli təhlükəsizlik məsələlərini müzakirə edib

15 Jan 2026 06:43 3 baxış
IMG

ABŞ lideri Donald Tramp Venesuelada prezident səlahiyyətlərini icra edən Delsi Rodriqes ilə neft, faydalı qazıntılar, ticarət və milli təhlükəsizlik məsələlərini müzakirə etdiyini bildirib.

"Report" xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

"Venesuelanın sabitləşməsinə və bərpasına dəstək göstərdiyimiz müddətdə böyük irəliləyiş əldə edirik. Biz bir çox mövzuları, o cümlədən neft, faydalı qazıntılar, ticarət və təbii ki, milli təhlükəsizlik məsələlərini müzakirə etdik", - deyə Tramp qeyd edib və Rodriqes ilə söhbətinin "çox yaxşı" keçdiyini vurğulayıb.

Venesuela lideri isə, öz növbəsində, söhbətin "qarşılıqlı hörmət mühitində" və "məhsuldar" keçdiyini bildirib.

"Söhbət zamanı xalqlarımızın rifahı naminə ikitərəfli iş gündəliyini, həmçinin hökumətlərimiz arasındakı münasibətlərdə həllini tapmamış məsələləri müzakirə etdik", - deyə o, sosial şəbəkədə qeyd edib.

Xəbər lenti