Yaponiya Hokkaydo adası sahillərində 5,6 maqnitudlu zəlzələ qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Kusiro şəhərindən 93 km şərqdə yerləşib. Ocaq 10 km dərinlikdə olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.