IMG-LOGO

ABŞ Maliyyə Nazirliyi "Lukoyl"un xarici aktivlərinin satışı üçün lisenziyanın müddətini uzadıb

15 Jan 2026 01:24 4 baxış
IMG

ABŞ Maliyyə Nazirliyi Rusiyanın "Lukoyl" neft şirkətinin xarici aktivlərinin satışı üzrə əməliyyatlara dair lisenziyanın müddətini fevralın 28-dək uzadıb.

"Report" xəbər verir ki, bu barədə nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsi tərəfindən dərc edilmiş sənəddə qeyd olunub.

Lisenziya "Lukoyl International GmbH" və onun aktivlərinin "satışı, özgəninkiləşdirilməsi və ya ötürülməsi" ilə bağlı danışıqlarla əlaqəli əməliyyatlara icazə verir. Əvvəllər bu lisenziya yanvarın 17-dək qüvvədə idi.

Ötən ilin oktyabrında ABŞ Maliyyə Nazirliyi "Lukoyl" və "Rosneft"i, həmçinin bu şirkətlərin 34 törəmə strukturunu Amerikanın yeni sanksiyalar paketinə daxil etmişdi. Dekabrın 4-də nazirlik "Lukoyl"un Rusiyadan kənardakı obyektlərində mal və xidmətlərin alınması üzrə əməliyyatların aparılmasına 2026-cı il aprelin 29-na qədər icazə verib. Daha əvvəl bu lisenziyanın müddəti dekabrın 13-nə qədər uzadılmışdı.

Xəbər lenti