2025-ci ildə dünya üzrə hər beş gəncdən biri təhsil almayıb və işləməyib.
"Report"un məlumatına görə, bu barədə BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Əmək Təşkilatının 2025-ci il üçün məşğulluq hesabatında deyilir.
Hesabata görə, əmək, təhsil və ya təlimlə məşğul olmayan gənclərin nisbəti 2025-ci ildə 20 %-ə çatıb. Bu o deməkdir ki, 257 milyon insan gələcək əmək bazarı perspektivləri üçün dəyərli bilik və təcrübə qazanmaq imkanından məhrum olub.
Qeyd olunur ki, bu göstəricidə artım tendensiyası 2023-cü ildə başlayıb və 2027-ci ilə qədər orta tempdə artmağa davam edəcək.
Təşkilatın məlumatına görə, bu göstərici yüksək gəlirli ölkələrdə ən aşağı, aşağı gəlirli ölkələrdə isə ən yüksəkdir. 2025-ci ildə müvafiq olaraq 10,9 % və 27,9 % olub.