IMG-LOGO

Rubio ABŞ-nin Kubaya ilk humanitar yardım partiyasını göndərdiyini açıqlayıb

15 Jan 2026 00:28 3 baxış
IMG

ABŞ dağıdıcı "Melissa" qasırğasından sonra Kubaya ilk humanitar yardımı göndərib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində yazıb.

"ABŞ "Melissa" qasırğasından sonra bərpa işlərini davam etdirən ehtiyac sahibi insanlara kömək etmək üçün Kubaya ilk humanitar yardımı göndərir. Biz yardımın qeyri-legitim rejimə deyil, birbaşa Kuba xalqına çatacağına zəmanət vermək üçün katolik kilsəsi və tərəfdaşlarımızla birlikdə işləyirik. Tramp administrasiyası Kuba xalqını dəstəkləyir", - deyə paylaşımda bildirilir.

Xəbər lenti