IMG-LOGO

BƏƏ Prezidenti Fidanla Yaxın Şərqdəki mövcud durumu müzakirə edib

15 Jan 2026 00:41 2 baxış
IMG

Türkiyənin xarici işlər naziri Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən Əbu-Dabidə qəbul edilib.

"Report" xəbər verir ki, bu barədə BƏƏ Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər BƏƏ ilə Türkiyə arasındakı münasibətləri və müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini müzakirə ediblər. Onlar iki ölkə arasındakı strateji tərəfdaşlıq və Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi çərçivəsində əlaqələrin dərinləşdirilməsinə sadiqliklərini vurğulayıblar.

Görüşdə həmçinin Yaxın Şərqdəki hadisələr, xüsusilə Qəzzada atəşkəsin qorunub saxlanılması səyləri və dərinləşən humanitar böhranın həlli məsələləri diqqət mərkəzində olub. Hər iki tərəf ehtiyacı olan mülki şəxslərə yardımın sürətli və maneəsiz çatdırılmasının təmin edilməsinin vacibliyini bildirib.

Al Nəhyan və Fidan regionda iki dövlətli həll prinsipi əsasında ədalətli və davamlı sülhün əldə olunması üçün diplomatik səylərin gücləndirilməsinin zəruriliyini bir daha təsdiqləyiblər. Onlar bu həll yolunu regionda davamlı sabitliyə nail olmağın və bölgə xalqlarının təhlükəsizlik, inkişaf və rifah arzularını reallaşdırmağın yeganə mümkün yolu kimi xarakterizə ediblər.

Xəbər lenti