IMG-LOGO

Zelenski: Ukrayna enerji sektorunda fövqəladə vəziyyət elan edib

14 Jan 2026 22:06 3 baxış
IMG

Ukraynanın enerji sektorunda fövqəladə vəziyyət elan ediləcək.

"Report"un məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski bunu iclasdan sonra "Telegram" kanalında yazıb.

O həmçinin Kiyevdəki vəziyyəti əlaqələndirmək üçün 24 saatlıq qərargah yaradılacağını bildirib.

"Kiyevdəki vəziyyətə xüsusi diqqət yetirilir. Rusiya zərbələrinin nəticələri və pisləşən hava şəraiti səbəbindən vəziyyət ağırdır. Kiyevdəki vəziyyəti əlaqələndirmək üçün daimi fəaliyyət göstərəcək qərargah yaradılacaq. Ukraynanın enerji sektorunda ümumilikdə fövqəladə vəziyyət elan ediləcək. Bu şəraitdə insanları və icmaları dəstəkləmək, eləcə də praktik məsələləri həll etmək Ukrayna Baş nazirinin birinci müavini və energetika nazirinə tapşırılıb", - Zelenski qeyd edib.

Ukrayna lideri həmçinin vurğulayıb ki, ölkə elektrik enerjisi idxalını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.

O həmçinin hökumətə şiddətli soyuq hava şəraitində komendant saatı qaydalarını yenidən nəzərdən keçirməyi və əhali üçün dəstək mərkəzlərinin sayını artırmağı tapşırıb.

Xəbər lenti