IMG-LOGO

Basketbol üzrə Azərbaycan Kubokunda bütün 1/4 finalçılar müəyyənləşib

14 Jan 2026 21:30 4 baxış
IMG

Basketbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinə yekun vurulub.

"Report"un məlumatına görə, raundun son iki qarşılaşmalarından biri Şəkidə, digəri Bakıda baş tutub.

"Şəki" "Sərhədçi"ni 92:75, "Sumqayıt" isə NTD-ni 116:94 hesabı ilə üstələyərək növbəti mərhələyə yüksəlib.

1/4 final mərhələsində bu komandalar üz-üzə gələcəklər:

"Abşeron Lions" – "Şəki"

"Neftçi" – "Gəncə"

"Quba" – "Sabah"

"Ordu" – "Sumqayıt"

Qeyd edək ki, bu mərhələnin oyunları 18-22 fevral tarixləri aralığında gerçəkləşəcək.

Xəbər lenti